Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və hazırda Londonda yaşayan qardaşı Qurban Məmmədovla bağlı yeni faktlar ortaya çıxandan sonra bu şəxslərin nə qədər yüksək satqınlıq və riyakarlıq bacarığına malik olduğunu söyləməmək vicdansızlıq olardı.

Bir neçə on il əvvəl siyasi səhnədə addımlamağa başlayan Məmmədov qardaşları gah cəbhəçi, gah demokrat, gah da Rəsulçu olmaqla müxtəlif cəbhələrdə yer alaraq “alver siyasəti”nin əsasını qoymuş olublar. Həmin dövrdən bəri çox hadisələr baş verdi, çox sular duruldu, kimin kim olduğu üzə çıxdı, siyasətə yeni simalar gəlib-getdilər, ancaq Sərdar və Qurban Məmmədov qardaşlarının hansı siyasi əqidəni təmsil etdiyi bilinmədi. Əslində, onların yeganə peşəsi satqınlıq idi. Və bu indi də davam edir.

Ötən əsrin 90-cı illərində Xalq Hərəkatının “önündə” gedən Məmmədov qardaşları bəs necə oldu ki, mərhum Əbülfəz Elçibəyə dönük çıxdılar? Təbii ki, Sərdar Cəlaloğlunun, Qurban Məmmədovun xəyanətləri yaddaşlardan silinməyib.

Necə oldu ki, “azadlıq aşiqi” olan Sərdar Cəlaloğlu qəfildən Azərbaycan neftini oğurlayıb xarici ölkələrə satan və hazırda ABŞ-da gizlənən Rəsul Quliyevlə əlbir olaraq elə Xalq Cəbhəsinin özünə qarşı yeni cəbhə açdı?

Hələ bir neçə il öncə Rəsul Quliyev müsahibələrindən birində Sərdar Cəlaloğlunun pul müqabilində ona necə işlədiyini etiraf etmişdi. Həmin vaxtı eks-spiker işarə vurmuşdu ki, ötən 2000-ci illərdə Sərdar Cəlaloğlunun Sankt Peterburq şəhərində təhsil almış oğlunun bütün maliyyə Rəsul Quliyev ödəyib. Şübhəsiz ki, illərin təcrübəsini qazanan “neft qulduru” Rəsul Quliyev bunu əbəs yerə demirdi! Çünki Rəsul Quliyev ona milyonluq sərvət, ev, maşın, obyekt qazandırmışdı. Rəsul Quliyev Sərdar Cəlaloğlunun ona qarşı da təkrarladığı xəyanəti bağışlamaq istəmirdi. Baxmayaraq ki, rəhmətlik Əbülfəz Elçibəy onu bağışlamışdı.

Ümumiyyətlə, Sərdar və Qurban Məmmədov qardaşlarının AXC dövründə Azərbaycanın siyasi hakimiyyətinə necə yol tapması suallar doğurur. Əslində prosesə nəzər saldıqda tarixi xronologiya özü Məmmədov qardaşlarının kimliyini ortaya qoyur.

Sərdar və Qurban Məmmədov qardaşları bu gün sifarişlə kimi istəsən söyməyə hazır dayanan “siyasi killerlərdir”. Sonununcu prezident seçkiləri öncəsi teledebatda da rəqibləri Sərdar Cəlaloğlunu bir neçə dəfə ifşa etmişdilər.

Etiraf edim ki, çoxları kimi məni də Sərdar Cəlaloğlunun özünü hər zaman “demokrat” kimi kölgədə saxlamaq bacarığı təəccübləndirməyə bilməzdi. Eləcə də Qurban Məmmədovun indi Avropada “azadlıq mələyi” obrazı ilə dolaşması və müxalifət içərisində parçalanma yaratması peşəkarlığa layiq sayıla bilər.

Bu adamlar “siyasi mühacirət” biznesindən tutmuş partiya vəsiqəsi satmaq biznesinə qədər peşəkar dəllalardır. Bəzən himayə oldunduğu xarici dövlətin izini azdırmaq üçün həmin ölkəni ən ağır ifadələrlə söyməyə də hazır olan Məmmədov qardaşları lazımı məqamda Azərbaycan dövlətinin maraqlarını bir saniyə düşünmədən qurban verməyə hazır dayanıblar.

Azərbaycanda “beşinci kalon”un sifarişləri ilə sinxron hərəkət edən Sərdar Cəlaloğlu isə həm xaricdəki qardaşının, həm də ölkə daxilində mövcud olan anti-milli qüvvələrin dəstəyini qazanmaqla özünə “əsl millətçi” obrazı yarada bilib. Halbuki, Sərdar Cəlaloğlunun nə qədər qatı anti-milli adam olduğunu Azərbaycanın sabiq milli təhlıükəsizlik nazirinin müavini Sülhəddin Əkbər açıqlamalarından birində bildirmişdi.

Sülhədddin Əkbərin dediyinə görə, ötən sərin 90-cı illərində Sərdar Cəlaloğlu Naxçıvanda PKK terror təşkilatının məsul şəxsləri ilə gizli görüş keçiririb.

Sərdar Cəlaloğlunun separatçı qüvvələrlə görüşləri heç kəsə sirr deyil. Onu şəxsən tanıyanlar deyir ki, Sərdar Cəlaloğlu vəzifə, pul üçün düşmənlə belə dialoqa hazır olacaq adamdır.

Sərdar Cəlaloğlunun öz mövqeyində zaman-zaman “siyasi elastikliyi” və dövrün tələbinə uyğun olaraq tez-tez əl dəyişdirməsi bəlkə də çoxlarına bəllidir. Bir zamanlar AXC-“Müsavat” cütlüyünün sıralarında təmsil olunan Sərdar Cəlaloğlu daha sonra başqa bir qucaq tapır, sonra həmin yerə də “atır” və növbətilər bitmək bilmir…Nəhayət, Məmmədov qardaşları indi yeni himayədar tapıblar. Özü də xaricdən. Sifariş gözləyirlər, Vətəni, Azərbaycanı satmaq üçün!

Rəsul
Hurriyyet.com