Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Bakının Bilgəh qəsəbəsinin mərkəzində özünə 3 mərtəbəli dəbdəbəli villa tikdirib. Villa bir hektarlıq torpaq sahəsində inşa edilib. Hazırda isə villanın damının örtülməsi işləri görülür.

Saytımız əməkdaşı sözügedən villanın fotolarını çəkməyə nail olub. Çəkiliş zamanı villada 10-a yaxın ustanın işlədiyini müşahidə etdik.

Fotolardan da göründüyü kimi, villa Bilgəh avtomobil yolunun kənarında hündür hasarla əhatələnmiş torpaq sahəsində yerləşir.

Ərazi yaxınlığında bir neçə yüksək vəzifəli dövlət məmurun və millət vəkillərinin də bahalı evləri var.

Kiçik araşdırmamız zamanı sözügedən torpaq sahəsinin hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevə məxsus olması məlum olub.

Qonşuluqda yaşayan sakinlər də deyir ki, sözügedən villanın tikildiyi torpaq sahəsi “Rəsul Quliyevin torpağı” kimi tanınır. Ancaq sonradan Rəsul Quliyev həmin ərazini Sərdar Cəlaloğluna verib.

Qeyd edək ki, sözügedən ərazidə torpaq sahəsinin 1 sotunun qiyməti 15.000-20.000 ABŞ dolları qiymətindən başlayır.

Sözügedən villanın fotolarını oxuculara təqdim edirik.

Rəsul
Hurriyyet.com